...

Azərbaycanın eks-prezidentinin yubileyi ilə əlaqədar Bakıda bayram mərasimləri təşkil olunacaq

Siyasət Materials 2 May 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar mayın 10- da Bakının mərkəzində bayram mərasimləri təşkil olunacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən, İtaliya, Fransa və Hollandiyadan gətirilmiş milyondan çox güllərlə bəzədilmiş Heydər Əliyev parkında keçiriləcək Gül bayramında konsert təşkil olunacaq və dünyanın 150-dən çox ölkəsindən gətirilən ən nadir dibçək gülləri sərgilənəcək.

Axşam saatlarında Milli parkda, Bakının 25- dən çox müxtəlif nöqtələrində 30 dəqiqəyədək möhtəşəm atəşfəşanlıq, Almaniya, İtaliya və Amerikadan gətirilmiş texniki avadanlıqlarla təchiz olunmuş televiziya qülləsindən kömpüter vasitəsilə idarə olunaraq 15 km-lərlə uzanan rəgarəng işıq effektləri təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti