...

ABŞ-Azərbaycan məsləhətləşmələrində qlobal problemlərin həlli müzakirə ediləcək

Siyasət Materials 3 May 2008 17:25 (UTC +04:00)
ABŞ-Azərbaycan məsləhətləşmələrində qlobal problemlərin həlli müzakirə ediləcək

Azərbaycan, Şəki, 03 may / Trend , müxbir E.Quliyev/ Təhlükəsizlik məsələlərinə dair ABŞ-Azərbaycan məsləhətləşmələrinin bu ilin yayında nəzərdə tutulan görüşündə əsasən regionun təhlükəsiliyi müzakirə ediləcək. "İkitərəfli görüşdə əsasən qanunsuz narkotik vasitələrin dövriyyəsi, insan alverinin qarşının alınması istiqamətində birgə mübarizə məsələləri müzakirə predmeti olacaq" şənbə günü Şəkidə olan ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörsi jurnalistlərə bildirib.

ABŞ-Azərbaycan məsləhətləşmələri sonuncu dəfə ötən ilin iyulun 9-10-da Vaşinqtonda keçirilib. Ötən ilki müzakirələr zamanı Azərbaycanın təhlükəsizliyinin, xüsusilə Xəzərin təhlükəsizliyinin təmini üçün perspektivlər, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında birgə mübarizə, Azərbaycanın terrorizmlə mübarizədə verəcəyi töhfələr, Azərbaycanın NATO-ya inteqrasiya məsələsi müzakirə edilib.

Səfir bildirib ki, ABŞ-Azərbaycan arasında təhlükəsizlik məsləhətləşmələrin Vaşinqtonda və ya Bakıda keçirilməsi və konkret tarixi məsələləri hazırda müzakirə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti