...

Beynəlxalq terrorçuluqla mübarizədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi Sankt-Peterburqda müzakirə olunacaq

Siyasət Materials 10 May 2008 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may/ Trend , müxbir İ.Əlizadə/ Beynəlxalq terrorçuluqla mübarizədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi Rusiyanın Sankt-Peterburq şəhərində müzakirə olunacaq. Bu barədə şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Mayın 12-13-də Sankt-Peterburqda "İnformasiya təhlükəsizliyi beynəlxalq terrorçuluğun amili kimi" adlı beynəlxalq parlament konfransı keçiriləcək. Konfransda "İnformasiya texnologiyalarından beynəlxalq terrorçuluqla mübarizədə istifadə edilməsi", "Vətəndaş cəmiyyəti terrorçuluğun ideologiyasına qarşı. Kütləvi informasiya vasitələri və beynəlxalq terrorçuluq. Fikir azadlığına ehtiram", "Beynəlxalq antiterror informasiya məkanının formalaşmasında parlamentlərin rolu" mövzuları müzakirə olunacaq.

Tədbirdə Azərbaycanı parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Nümayəndə heyətinə Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclis sədrinin köməkçisi - MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov da daxildirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti