...

Azərbaycan prezidentinin Ukraynaya səfəri çərçivəsində rəsmi tədbirlər mayın 22-də keçiriləcək

Siyasət Materials 21 May 2008 04:57 (UTC +04:00)

Ukrayna, Kiyev, 20 may/ Trend müxbir Z.Novosvitskiy/ Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində rəsmi tədbirlər mayın 22-də keçiriləcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti öz saytında xəbər verir.

Mayın 22-də kiyev vaxtı ilə saat 11:00-da Ukrayna prezidenti katibliyi qarşısında Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi başlanacaq. Bundan sonra iki prezidentlərin tək-bə tək görüşü planlaşdırılıb. Görüş qurtardıqdan sonra iki dövlət başçısı dövlət mükafatlərı ilə bir biri ilə dəişəcəklər.

Saat 12:00-da Ukrayna və Azərbaycan prezidentlərinin həmsədirliyi ilə geniş formatda ukrayna-azərbaycan danışıqları başlanacaq.

Danınşqlar zamanı siyasi, ticarət, iqtisadiyyat və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın geniş formatlı müzakirəsi olunacaq.

Gündəlikdə Ukrayna və Azərbaycan Şurasının Nizamnaməsinin qəbul edilməsi nəzərdə tutulur, Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq barədə Deklarasiyanın imzalanması, informasiya texnologiyaları sahəsində və dövlət xidmətinin inkişafı səhəsində hökümətlərarası sazişin imzalanması nəzərdə tutulur.

Bundan səvai, 2008-2009-cu illərə nəzərdə tutlan Ukraynanın ailə işləri üzrə nazirliyi və Azərbaycanın gənclər və idman nazirliyi arasında, gənclər siyasəti və idman səhəsində əməkdaşlıq Proqramının qəbul edilməsi planlaşdırılır.

2008-2012-ci illərə Ukraynanın mədəniyyət və turizm nazirliyi və Azərbaycanın mədəniyyət və turizm nazirlikləri arasında əməkdaşlıq barədə Protokolun imzalanması nəzərdə tutulur.

İki ölkə prezidentləri beynəlxalq xarakterli aktual məsələləri müzakirə edəcəklər, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın intesivləşdirilməsi.

Kiyev saatı ilə 12:55-də prezident İlham Əliyevin və Viktor Yuşenkonun ukraynanın, azərbaycanın və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti