...

Azərbaycan müxalifətinin yeni siyasi mübarizə taktikası hazırlaması vacibdir - rəy

Siyasət Materials 2 İyun 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupu hesab edir ki, müxalifətin yeni siyasi mübarizə taktikası hazırlaması vacibdir. "Seçki Məcəlləsinin belə variantda qəbul edilməsi ilə müxalifətin seçkilərə hesablanmış taktikası əhəmiyyətini itirib. Yeni siyasi mübarizə taktikası daha çox xalq hərəkatının yaradılmasına xidmət etməlidir və müxalifət icazəsiz aksiyalara başlamalıdır", - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

Dəyişikliyə əsasən, seçki kampaniyası müddəti dörd aydan 75 günə endirilib, namizədlərin pul depoziti hesabına qeydiyyata alınması ləğv edilib, namizədlərin qeydiyyata alınması üçün tələb olunan imzalar 45 mindən 40 minə endirilib, dövlətdən maliyyələşən televiziya (AzTV), radio və qəzetlərdə namizdlərin pullu və pulsuz təbliğat aparması qadağan olunub, prezidentliyə namizədlərin seçki fondu bir milyon manatdan on milyon manata qədər artırılıb, hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv edilib.

Parlament 100 deputat lehinə, 3 əleyhinə və 1 bitərəf qalmaqla Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası rəy verib.

"Seçki Məcəlləsinin belə şəkildə qəbul etdirməklə hakimiyyət müxalifəti radikal addımlar atmağa təhrik edir. Ona görə də yeni taktika hazırlamaq lazımdır", - deyə Hüseyn əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti