Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir M.Əliyev/ Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq üzər hökumətlərarası komissiyanın iclası iyulda, Bakıda keçiriləcək keçiriləcək. Bu barədə cümə axşamı Bakı keçirilən mətbuat konfransında İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar məlumat verib. O, Bakıda rəsmi səfərdədir.
İclas çərçivəsində, Azərbaycan və İİR arasında ikitərəfli əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanacağı gözlənilir. "Bu sazişlər iqtisadiyyat, mədəniyyət, rabitə və s. əhatə edəcək", - nazir müavini bildirib.
Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]