...

Azərbaycan prezidenti Fransa-Azərbaycan dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 İyun 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə nümayəndə heyətinin iştirak edəcəyi Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirinə toxunulub, ölkəmizin müstəqillik tarixindən danışılıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirilən görüşdə Fransa-Azərbaycan dostluq qrupunun əməkdaşlığımızın daha da genişlənməsi işində öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti