...

Azərbaycan müxalifətçilərinin seçkiyə qatılması boykot taktikasının effektliyini azaltmayacaq - müxalifətçi lider

Siyasət Materials 18 İyun 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif "Azadlıq" bloku hesab edir ki, digər müxalifət partiyalarının seçkiyə qatılması boykot taktikasının effektliyini azaltmayacaq. "Bütün müxalifət düşərgəsinin prezident seçkisini boykot etməsi yaxşı olardı. Buna baxmayaraq, "Azadlıq" blokunun boykot qərarı hakimiyyətin legitimliyinə təsir göstərəcək", çərşənbə günü jurnalistlərə blokun həmtəsisçisi, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Kərimli blokun Sədrlər Şurasının boykot qərarının Məclis üzvləri tərəfindən dəstəklənəcəyinə inandığını deyib. "Boykot qərarımız dəyişməyəcək. Çünki tez bir zamanda blokun tələblərinin yerinə yetirilməsi real görünmür", - AXCP sədri əlavə edib.

Trend -un arayışı: "Azadlıq" bloku seçki komissiyalarının paritet əsasda formalaşdırılması, müxalifətin sərbəst toplaşmaq hüququnun təmin edilməsi və seçki mühitinin demokratikləşdirilməsi kimi tələblər irəli sürüb.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti