Azərbaycan, Bakı, 24 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini İvan Palçevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə son illər Azərbaycanla Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə genişləndiyi vurğulanıb, diplomatik fəaliyyəti dövründə səfirin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə öz töhfəsini verdiyi qeyd olunub, münasibətlərimizin bundan sonra daha da inkiaf edəcəyinə əminlik ifadə olunub.