...

"Hizbullah" İsrailə iki əsgərin cəsədini verib

Siyasət Materials 16 İyul 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir Ü.Sadıqova/ Livanın "Hizbullah" hərəkatı iki İsrail əsgərinin cəsədini Livanın Roş xa-Nikra sərhədinə çatdırıb, Əl-Cəzirə telekanalı xəbər verir.

Hazırda tabutlar Eldad Reqeva və Ehud Qoldvasserin cəsədlərinin tanınması üçün Qırmızı Xaç cəmiyyətinin nümayəndələrinə verilib. İsrail əsgərlərinin ölüm xəbərini, cəsədləri İsrail-Livan sərhədinə çatdıran "Hizbullah"ın nümayəndəsi bildirib.

Bu gün keçirilən dəyişdirilmə əməliyyatı 2006-cı il iyulun 12-də Reqeva və Qoldvasserin qaçırılması ilə başlanan İsrail-Livan müharibəsinə son qoymalıdır. İsraildə son vaxta qədər iki əsgərin taleyi haqqında heç bir məlumat olmayıb.

İsrail tərəfi son 15 ildə İsraillə müharibədə həlak olan 199 Livan əsgərinin cəsədini konvoyla çatdırıb.

Livan tərəfinə 5 mücahid, o cümlədən, 29 il həbsdə olmuş Samir Kuntura da təhvil veriləcək.

İsrail əsgərləri sabah dəfn ediləcəklər.

Xəbər lenti

Xəbər lenti