...

Gürcüstandan Rusiya qoşunlarının çıxarılmasının ilkin əlamətləri görünür- Temur Yakobaşvili

Siyasət Materials 20 Avqust 2008 18:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Rusiyanın Gürcüstandan qoşunların çıxarılmasına hazırlaşmasına dair ilkin əlamətlər görünür. Bu barədə jurnalistlərə reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili deyib.

"Rusiya əmin oldu ki, belə hoqqalar artıq  keçmir və Avropada yeni və köhnə ölkələr bölgüsü yoxdur", - o deyib.

Yakobaşvili qeyd edib ki, NATO-nun qərarı göstərdi ki, bu gün Avropa Moskvanın təcavüzünə qarşı yekdildir. "Rusiya Avropaya qulaq asmağa məcburdur,, əks halda, onu təcrid gözləyir və onun qoşunları çıxarmağa hazırlaşması barədə ilkin əlamətlər artıq müşahidə edilməkdədir", - o qeyd edib.

Dünən Rusiya prezidenti Dmitri Medvedyev söz verib ki, avqustun 22-dək Rusiya qoşunlarının çıxarılması başa çatacaq.  

Xəbər lenti

Xəbər lenti