...

Azərbaycanın paytaxtındakı partlayışla bağlı iki maddə ilə cinayət işi açılıb

Siyasət Materials 23 Avqust 2008 11:19 (UTC +04:00)
Azərbaycanın paytaxtındakı partlayışla bağlı iki maddə ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 23 avqust / Trend , müxbir K. Zərbalıyeva/ Bakının Xətai rayonu ərazisindəki transfarmator məntəqəsində baş vermiş partlayışla bağlı Bağ Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

Bu barədə Trend -a şənbə günü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. Əliyev bildirib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

Cümə günü Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 3-də 138 saylı məktəbin arxasında elektrik transformator məntəqəsində partlayış baş verib.

Hadisə zamanı məntəqədə olan "Bakıelektrikşəbəkə"nin Xətai rayon şöbəsinin 2 əməkdaşı-Kamal Bağırov və Elmar İmanov olüb, Cəsur Məmmədov, Pərviz Seyidov və Ramil Qurbanov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xətai rayon prokurorluğunun müstəntiqi Elçin Musayev cümə günü Trend -a bildirib ki, partlayıcı qurğu məntəqənin qapısına yerləşdirilib və "Bakıelektrikşəbəkə"ninəməkdaşları qapını açarkən partlayış baş verib.

"Bakıelektrikşəbəkə"nin əməkdaşları məntəqəyə transfarmator quraşdırmaq üçün gəliblər.

Məntəqəyə quraşdırılmış partlayıcı qurğunun növünü müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Musayev bildirib ki, hadisənin Əbu-Bəkr məscidində baş vermiş partlayışla əlaqəli olması versiyası da araşdırılır.

Avqustun 17-də isə Bakının Nərimanov rayonu ərazisindəki Əbu-Bəkr məsçidində partlayış olub, 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti