...

Sabahdan Gürcüstan Moskvadakı bütün diplomatlarını geri çağırır

Siyasət Materials 29 Avqust 2008 19:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Sabahdan gürcü diplomatlar Gürcüstanın Moskvadakı səfirliyindən geri çağırılır. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze cümə günü jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, icra hakimiyyəti Gürcüstan parlamentinin "Rusiyanın Gürcüstan ərazisini işğal etməsi haqqında" qərarını icra edir. Bu qərarın bəndlərindən biri Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini nəzərdən tutur. Gürcüstan XİN- dən bildiriblər ki, Rusiyada Gürcüstanın konsulluğu fəaliyyət göstərəcək. "Bu qərar, məsələn, iki ölkə xarici işlər nazirlikləri arasında əlaqələrin tamamilə kəsiləcəyi demək deyil və üçüncü ölkələrin ərazisində belə görüşlər mümkündür", - Vaşadze qeyd edib.

RF səfirinin Gürcüstanı tərk edib-etməyəcəyi barədə xəbər hələ yoxdur.

Xəbər lenti

Xəbər lenti