...

Azərbaycan prezidenti Malayziyanın ali başçısını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 30 Avqust 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Malayziyanın ali başçısı Əlahəzrət Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şahı ölkənin milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan-Malayziya dövlətlərarası münasibətlərinin hər iki xalqın istək və iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti