Azərbaycan, Bakı, 03 sentyabr / Trend / Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni çərşənbə günü Azərbaycana səfərə gəlib.
Heydər Əliyev adına beynəlxalq hava limanında Çeynini və xanımını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov qarşılayıblar.