...

Gürcüstan parlamentinin sədri və NATO Baş katibi ölkənin alyansa inteqrasiya məsələsini müzakirə ediblər

Siyasət Materials 16 Sentyabr 2008 11:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan parlamentinin sədri David Bakradze və Şimali Atlantika Alyansının Baş katibi Yap de Hoop Sxeffer çərşənbə axşamı səhər Gürcüstanın NATO-ya inteqrasiya məsələsini müzakirə ediblər.

Bağlı qapılar arxasında keçən görüşdə NATO Şurasının üzvləri iştirak ediblər. Danışıqlar yarım saat davam edib və danışıqlardan sonra heç bir şərh verilməyib.

Hazırda parlament binasında NATO Şurasının Gürcüstan parlamentinin deputatları ilə görüşü keçirilir, onların arasında parlament azlıqları da təmsil olunur.

Gürcüstan XİN-dən verilən məlumata görə, bu gün NATO Baş katibi Sxefferin ölkə prezidenti Mixail Saakaşvili ilə "təkbətək" formatda görüşü gözlənilir.

Moskva vaxtı ilə saat 18.45-də Baş katib və Gürcüstan prezidentinin mətbuat konfransı keçiriləcək.

NATO Baş katibi Qoriyə də baş çəkmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti