...

Azərbaycanın hakim partiyası müxalifətdən prezidentliyə namizədlə bağlı MSK-ya müraciət edib

Siyasət Materials 17 Sentyabr 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası müxalifəti təmsil eliyən "Ümid" partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin qanunu pozması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat qrupuna müraciət edib. "İqbal Ağazadə qanunu pozaraq, seçki kampaniyasının təşviqat mərhələsinin startından əvvəl - sentyabırın 10 - dan başlayaraq, bölgələrdə özünün təbliğat materiallarının olduğu CD diskləri seçiciləri arasında kütləvi şəkildə yayıb", - deyə çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Seçki Məcəlləsinə görə, namizədlərin təbliğat-təşviəqat kampaniyası seçkiyə 28 gün qalmış - sentyabırın 17- də başlayır.

Qurbanlı qeyd edib ki, disklərdə seçkiyə və Ağazadəyə səs verməyə çağırışlar vardır: " Qanun pozuntusu olduğundan, YAP bu məlumatı MSK-ya çatdırıb. Xahiş etmişik ki, bu qanunsuzluq qeydə alınsın. Ola bilsin ki, bir daha belə qanunsuzluqlara yol verməməsi üçün MSK ona xəbərdarlıq etsin ".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti