Böyük Britaniya, London, 17 sentyabr
/ Trend müxbir
G.Əhmədova / Sentyabrın 16-da Böyük Britaniyanın
Bornmut (Bournemouth) şəhərində Liberal Demokrat
Partiyasının illik qurultayı
çərçivəsində їMünaqişələrin
həllində Avropa İttifaqının roluї mövzusunda
tədbir keçirilib. Bu barədə Azərbaycanın
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığındakı səfirliyindən Trend -a bildiriblər.
Tədbirdə səfir F. Qurbanov, Liberal Demokratların Lordlar
və Nümayəndələr palatalarındakı
üzvləri, partiyanın Avropa Qrupunun üzvləri və
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Qurbanov їAzərbaycan-Avropa İttifaqı
münasibətləriї mövzusunda çıxış edib.
Çıxışında o, ölkəmizin Avro-atlantik
strukturlara inteqrasiya olunmasının xarici siyasətimizin
əsas istiqamətlərindən biri olduğunu və bir
çox sahələrdə, o cümlədən bazar
iqtisadiyyatının inkişafı, texniki yardım, hüquqi
islahatlar sahəsində geniş tədbirlərin həyata
keçirildiyini vurğulayıb. Səfir eyni zamanda ölkəmizdə
aparılan islahatlar haqqında da bəhs edib və hazırda
Azərbaycanın regionun aparıcı dövlətinə
çevrildiyini qeyd edib. Qurbanov həmçinin Avropa
İttifaqı ilə Azərbaycan arasındakı
münasibətlərin Avropa Qonşuluq Siyasətinin
Fəaliyyət Planı çərçivəsində
tənzimləndiyini və planın uğurla davam etdirildiyini
əlavə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yubadılmasının regionda sülh və sabitliyə ən böyük təhdid olduğunu bildirən səfir münaqişənin həllinin regional inteqrasiyaya imkan açacağını qeyd edib.
Tədbirdə çıxış edən Lord Uollas və Kembric Universitetinin Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini, doktor Culi Smit Avropa İttifaqının şərq sərhədlərində həll olunmamış münaqişələrin mövcudluğunu Avropanın özü üçün təhlükə mənbəyi təşkil etdiyini və bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin də qısa zamanda həllinin vacibliyini vurğulayıb.