...

Bakıda Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı tutulub

Siyasət Materials 18 Sentyabr 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18, sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin ölümə qəsd (103-cü) maddəsi ilə barəsində axtarış elan olunan Gürcüstan vətəndaşı tutulub.

Nəsimi rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 17- də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı, 47 yaşlı Telman Muxtar oğlu Məmmədov Baş Prokurorluğun Agır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müstəntiqlər tərəfindən dindirilərkən onun axtarışda olması müəyyənləşib.

Məmmədov saxlanılaraq Nəsimi RPİ-nə təhvil verilib. RPİ-dən bildiriblər ki, Məmmədov Moskva şəhərində cinayət törətdiyi üçün, onun barəsində ölümə qəsd (103-cü) maddəsi ilə axtarış elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti