...

Bakıda türk vətəndaşlarının evini qarət edən şəxs tutulub

Siyasət Materials 22 Sentyabr 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22, sentyabr / Trend , müxbir S.Kazımlı /Bakının Nərimanov rayonunda Türkiyə vətəndaşlarının yaşadığı ünvandan oğurluq edən şəxs tutulub.

Nərimanov rayon Polis İdarəsinin (RPİ) 18-ci polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, sentyabrın 20 - də axşam saatlarında Təbriz küçəsi, ev 86 ünvanında kirayədə yaşayan, DİA HOLDİNQ şirkətinin əməkdaşları, Türkiyə vətəndaşları Abdul Menaf Dəniz Zəkriyə oğlunun və Bariş Boynuqalin Mustafa oğlunun pulunu və digər əşyalarını oğurladığına görə, Bakı şəhər sakini Vaqif Sultanov sentyabrın 21-də tutulub. Onun üzərindən 0,471 qram heroin aşkarlanaraq götürülüb.

Polis bölməsindən bildiriblər ki, Sultanov mənzildən 3800 ABŞ dolları, 13000 manat, 2 ədəd telefon və sənədlər oğurlayıb.

Faktla bağlı Nərimanov RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti