Azərbaycan, Bakı, 23 sentyabr/ Trend müxbir C.Babayeva/Azərbaycan prezidenti seçkilərində MDB - nin müşahidəçilər missiyası Azərbaycan MSK və hakimiyyətin seçkilərin açıq monitorinqi üçün fəaliyyətindən razıdır. "Seçki məntəqələrində iş və seçkiləri müşahidə edəcək müşahidəçilər üçün bütün zəruri şərait yaradılıb, bizim üçün heç bir maneə yoxdur", - çərşənbə axşamı Bakıda mətbuat konfransında MDB müşahidəçilər missiyası qərargahının rəhbəri Oleq Kuleba deyib.
Namizədlərin təbliğat kampaniyası üçün bütün zəruri şərait yaradılıb, - missiya hesab edir.
Ötən həftə MDB - dən olan Missiyanın müşahidəçiləri Azərbaycanın cənub və şimal rayonlarında prezident seçkilərinə hazırlığın gedişi, təbliğat kampaniyasının başlanması ilə tanış olublar. "Hacıqabul, Salyan, Astara, Lənkəran, Lerik, Cəlilabad, Dəvəçi, Quba, Qusar, Xaçmaz şəhərlərində biz yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşümüşük, dairə və məntəqə seçki komissiyalarına baş çəkmişik", - Kuleba qeyd edib.
Bu həftə missiya üzvləri Azərbaycan prezidentliyinə namizədlərlə görüşəcəklər, missiya prezident seçkilərini boykot edən müxalifət partiyalarının nümayəndələri ilə də görüşəcək. "Onların fikirlərinin müzakirə edilməsi planlaşdırılıb, lakin biz daha çox prezidentliyə namizəd olanları nəzərə alacağıq".
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.
Kuleba onu da qeyd edib ki, MDB - nin müşahidəçi missiyası Gürcüstan prezidentinə və bu ölkənin xarici işlər nazirliyinə öz müşahidəçilərini müəyyən etmək üçün müraciət göndərib.
"Gürcüstan de-fakto MDB - nin üzvüdür və bizm missiyamız üçün namizədləri irəli sürməlidir", - o deyib.