...

Azərbaycan prezidenti qərb bölgəsində karvansara tipli qala kompleksi ilə tanış olub

Siyasət Materials 24 Sentyabr 2008 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü qərb bölgəsinə səfəri çərçivəsində, Tovuz şəhərinin girəcəyində turizm məqsədi ilə qədim memarlıq üslubunda tikilmiş karvansara tipli qala kompleksi ilə tanış olub. Üçmərtəbəli kompleksin ümumi sahəsi 1560 kvadratmetrdir. Burada qədim zamanlardan bəri bu ərazidə yaşayan insanların istifadə etdiyi məişət əşyaları toplanıb. Dövlət başçısına məlumat verilib ki, Tovuz şəhərinin şərq girəcəyində turizm marşrutuna daxil edilmək məqsədi ilə tikilmiş "Üç qala" kompleksi rayon ərazisindəki eramızdan əvvəl 1- ci minilliyə aid edilən Torpaqqalanın, IV əsrə aid Şəmşədil qalasının, VI əsrə aid Köhnəqala arxeoloji abidələrinin rəmzi bərpasıdır.

"Üç qala" kompleksinin uzunluğu 80, hündürlüyü 7 metrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti