...

Azərbaycan parlamentinin payız sessiyasında 20 - dən çox qanun layihəsinin qəbulu nəzərdə tutulub

Siyasət Materials 27 Sentyabr 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin payız sessiyasında 20 - dən çox qanun layihəsinin qəbul edilməsi planlaşdırılıb və bu layihələr üzərində iş tamamlanıb, - Trend -un məlumatına görə, bu barədə parlamentin payız sessiyasının başlanması ilə əlaqədar, şənbə günü keçirilən mətbuat konfransında vitse - spiker Bahar Muradova bildirib.

Trend - un arayışı: Daxili nizamnaməyə görə, Azərbaycan parlamentinin iclası oktyabrın 1 - də başlayır, dekabrın 30 - da başa çatır.

Muradova qeyd edib ki, payız sessiyasında sosial sahəyə dair 5 qanun layihəsinin qəbul edilməsi qanunvericilik iş planına daxil edilib. Bunlar "Təhsil haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Dövlətin elmi - texniki siyasəti haqqında", "Uşaq və gənclər idmanı haqqında" qanun layihələri və Mənzil Məcəlləsidir.

İqtisadi sahəyə aid 4 qanun layihəsinin qəbulu nəzərdə tutulub. Bunlar "2009 - cu ilin dövlət büdcəsi", Rəqabət Məcəlləsi (3 - cü oxunuş), "Xüsusi iqtisadi zonalar haqqında" və "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi haqqında" qanun layihələridir.

Onun sözlərinə görə, payız sessiyasında insan hüquqları sahəsinə dair 6 qanun layihəsinin qəbulu nəzərdə tutulub. Bura "Məişət zorakılığının qarşısının alınması haqqında", "Könüllük fəaliyyəti haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında", "Həbs yerlərində şübhəli və təqsirləndirilən şəxslərin hüquqları və azadlıqlarının təmin edilməsi haqqında" və "Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların hüquqları təmin edilməsi haqqında" qanun layihələri daxildir.

Aqrar sahəyə aid bir - "Arıçılıq haqqında" Qanun müzakirəyə çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti