Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir C.Babayeva/ Gürcüstanın NATO - ya üzvlüyü qaçılmazdır, - Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze hesab edir.
"Gürcüstandakı son hadisələr bu prosesi sürətləndirib. Gec-tez Gürcüstan NATO - nun üzvü olacaq", - səfir Bakıda jurnalistlərə deyib.
Gürcüstanın Baş naziri Vladimir Qurgenidze və NATO - nun Baş katibi Yap de Hoop Sheffer sentyabrın 15 - də NATO - Gürcüstan komissiyasının yaradılması ilə bağlı razılaşma imzalayıblar. Bu komissiya ölkənin NATO - ya tezliklə üzv olması məqsədilə, Gürcüstan və Şimali Atlantika Alyansı arasında münasibətlərin möhkəmlənməsinə xidmət etməlidir.
Dekabrda NATO - ya üzv ölkələrin xarici işlər nazirlərinin Şurasında, Tbilisiyə Alyansa üzvlük üzrə Fəaliyyət Planı veriləcək.