...

Gürcüstanda baş verən hadisələrə görə hər iki tərəf məsuliyyət daşıyır - AŞPA- nın komissiya rəhbəri

Siyasət Materials 29 Sentyabr 2008 22:35 (UTC +04:00)
Gürcüstanda baş verən hadisələrə görə hər iki tərəf məsuliyyət daşıyır - AŞPA- nın komissiya rəhbəri

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/ Gürcüstanda baş verən hadisələrə görə hər iki tərəf -- həm Rusiya, həm də Gürcüstan tərəfi məsuliyyət daşıyır. Bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında qurumun sentyabrın 22- dən 25 - dək Gürcüstanda səfərdə olan AŞPA komissiyasının sədri Luç van den Brande deyib.   "Tərəflər muharibənin başlamaması üçün kifayət qədər səy göstərməyiblər və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyırlar. Hər iki tərəf kəndlərin və digər yaşayış yerlərinin bombardman edilməsində iştirak edib, - deyə o əlavə edib.

Komissiya sədri bildirib ki, muharibə nəticəsində regionda humanitar vəziyyət çox acınacaqlıdır. 70 mindən artıq insan qaçqın və ya məcburi köçkün düşüb.  qaçqınların sayı 210 minə çatıb.

Van den Brande qeyd edib ki, komissiyanın Rusiya və Gürcüstana səfəri ilkin addımdır. Vəziyyəti sabitləşdirmək üçün Rusiya və Gürcüstanın AŞPA - dakı nümayəndə heyətlərini dialoqa ruhlandırmaq lazımdır; biz bu vəziyyətə biganə qala bilmərik.

Rusiya nümayəndə heyətinin mandatı ilə bağlı suala cavab verən Van den Brande deyib ki, AŞPA - nın müvafiq komissiyası bu məsələni nəzərdən keçirəcək.  "Şəxsən mən hər iki nümayəndə heyətinin mandatının dondurulmasının əleyhinəyəm. Müzakirələrin aparılması və vəziyyətin nəzarətdə saxlanılması üçün onların iştirakına ehtiyac var.

Rusiyaya qarşı hər hansı sanksiyaya gəlincə, belçikali deputat əlavə edib ki, oktyabrın 2 - dək aparılacaq müzakirələrin nəticəsini gözləmək lazımdır. "AŞPA bu məsələyə dair qətiyyətli mövqe tutmalıdır"- Van den Brande bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti