...

Azərbaycan və Norveç arasında ikitərəfli əməkdaşlıq Bakıda müzakirə ediləcək

Siyasət Materials 1 Oktyabr 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan və Norveç arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri Bakıda müzakirə ediləcək.

Trend - un məlumatına görə, oktyabrın 1- də Norveç Krallığı xarici işlər nazirinin müavini Raymond Yohansenin Azərbaycana səfəri başlayır. İki gün davam edəcək səfər çərçivəsində, Yohansenin Azərbaycanın xarici işlər naziri ilə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti