...

Avropa Şurasının Baş katibi Ermənistandakı mart hadisələri ilə baglı təhqiqatın ləngiməsindən narahatdır

Siyasət Materials 1 Oktyabr 2008 13:32 (UTC +04:00)

Fransa, Strasburq, 01 oktyabr / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının Baş katibi Terri Devis bu ilin martında Ermənistanda prezident seçkilərindən sonra baş verən hadisələr zamanı həlak olanlarla baglı təhqiqatin ləngiməsindən narahatlıgını bildirib.

"Mart hadisələri zamanı həlak olmuş insanlarla baglı təhqiqatdakı gecikmədən çox narahatam", - deyə Devis çərşənbə günü AŞPA sessiyası çərcivəsində keçirdiyi mətbuat konfransında " Ermənistanda siyasi məhbus varmı? " - sualına çavabında bildirib.

O qeyd edib ki, heç vaxt siyasi məhbus etiketinə istinad etməyib. "Düzdür, Ermənistanda həbsdə insanlar var və onlar hələ də məhkəmə qarşısına çıxarılmayıblar və bunun tez bir zamanda olmasını gözləyirlər", - deyə Devis bildirib.

Baş katib, həmçinin, mart hadisələri zamanı həlak olmuş 13 nəfərin ölümü ilə baglı aparılan təhqiqatda müşahidə olunan gecikmədən çox narahatdır. "Bunu demişəm və bir daha təkrar edirəm. Mən Ermənistan hakilmiyyətini hərəkət etməyə çagırmışam. Polisdə bu araşdırmanı aparmalıdır. Müstəqil komissiyanin olması polisi oz işindən azad etmir. Ermənistan, nədənsə, mart hadisələri ilə yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir. Polis bu hadisələrlə baglı oz işini görməlidir", - deyə Devis əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti