...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkənin ərazi bütövlyü çərçivəsində nizamlanması mövqeyinə tərəfdardır – səfir

Siyasət Materials 3 Oktyabr 2008 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir N.Abdullayeva/ Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkənin ərazi bütövlyü çərçivəsində nizamlanması mövqeyinə tərəfdardır.

Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov cümə günü Upsala Universitetinin (İsveç) Şərqi Avropa üzrə Sülh və Münaqişələrə dair Tədqiqatlar Mərkəzinin auditoriyası ilə görüşdə rəsmi Bakının mövqeyini bildirib.

Səfir auditoriyanı Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağa bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı, doğma torpaqlarından qovulan bir milyona yaxın Azərbaycan qaçqını barədə məlumat verib. Bu barədə cümə günü elektron poçt ilə Trend -a Azərbaycanın İsveçdəki səfirliyindən bildiriblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Diplomat enerji resursları istehsalçısı və tranzitçisi olan Azərbaycanda siyasi və iqtisadi vəziyyət, zəngin Azərbaycan neftinin Asiya və Avropa arasında oynadığı körpü rolu barədə ətraflı məlumat verib.

1477-ci ildə təsis edilən Upsala Universiteti dünyanın qədim təhsil ocaqlarından biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti