...

Azərbaycanda seçkilərdə iştirak etməyən müxalifət partiyası seçkini müşahidə edəcək

Siyasət Materials 6 Oktyabr 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində namizədi ilə iştirak etməsə də, səsvermə prosesini müşahidə edəcək. Bu məlumatı Trend -a bazar ertəsi AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib.

"Seçkiləri müşahidə etmək üçün bir müddət əvvəl rayon təşkilatlarına müvafiq dairələrdə qeydiyyatdan keçmək üçün tapşırıq verilib. Son məlumatlara görə, artıq partiya ölkə üzrə seçki dairələrinin 90 faizindən çoxunda müşahidə imkanı qazanıb", - Orucov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

AMİP funksionerinin sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etməklə həm seçki prosesini yaxından izləmək, həm də yol veriləcək qanunsuzluqlar barədə daha ətraflı məlumat toplamaq imkanı qazanacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti