...

Türkiyə hərbi hava qüvvələri Şimali İraqdakı PKK mövqelərinə hava zərbələrini intensivləşdiriblər

Siyasət Materials 7 Oktyabr 2008 12:40 (UTC +04:00)

Türkiyə hərbi hava qüvvələri bir neçə gün əvvəl PKK terror təşkilatının 17 türk əsgərinin şəhid olması ilə nəticələnən hücumundan sonra Şimali İraq ərazisindəki PKK mövqelərinə hava zərbələrini intensivləşdirib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Şimali İraqın Avaşin Basyan bölgəsində yeri müəyyənləşdirilən PKK mövqelərinə bu gün səhər havadan zərbələr endirilib. İki saat keçirilən hərbi hava əməliyyatlarında PKK ciddi itkilərlə üzləşib.

Xəbər lenti

Xəbər lenti