...

Rusiya hərbçiləri Karaletidəki blokpostu ləğv ediblər

Siyasət Materials 8 Oktyabr 2008 14:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya hərbçiləri cari ilin avqustundan tutduqları Karaleti kəndi yaxınlığındakı ərazini tərk ediblər. Onların regionun 17 kəndini nəzarət altında saxladıqları blokpostu da ləğv edilib. Rusiya generalı Marat Kuləhmədovun sözlərinə görə, artıq bu gün bütün altı blokpost ləğv ediləcək. "Biz Medvedyev-Sarkozi razılaşmasını əməli surətdə həyata keçirməyə başlamışıq və bu gün bütün blokpostlar yığışdırılacaq", - deyən Kuləhmədov qeyd edib ki, birləşmələrin çıxarılması axşam düşənədək başa çatdırılacaq.

Blokpostların ləğv edilməsini və Rusiya hərbçilərinin çıxarılmasını Avropa İttifaqından olan müşahidəçilər izləyir. Bu ərazilər Rusiya qoşunları getdikdən sonra gürcü minaaxtaranları tərəfindən yoxlanılacaq. Sonra azad edilmiş kəndlərə gürcü polisi daxil olacaq.

Abxaziya ilə sərhəddə yerləşən Sameqrelo regionunda Rusiya hərbçiləri iki aydan bəri onların nəzarəti altında olan Salencix rayonunun bütün beş kəndini azad ediblər. Onlar Zuqdidi rayonunun Urta kəndindəki hərbi bazanı da tərk ediblər.    

Xəbər lenti

Xəbər lenti