...

Gürcüstan Bernar Kuşneri Rusiyanın öz öhdəliklərini qismən icra etdiyinə inandırmaq istəyir

Siyasət Materials 9 Oktyabr 2008 15:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin spikeri David Bakradze bildirib ki, Fransa xarici işlər naziri Bernar Kuşnerin Tbilisiyə səfər etməkdə əsas məqsədi Rusiyanın üzərinə götürdüyü öhdəliklərin yalnız cüzi hissəsinin yerinə yetirməsinə dair sübutların toplanmasından ibarətdir.

Onun sözlərinə görə, daha bir məqsəd isə, münaqişə zonasına yaxın ərazilərdən Rusiya qoşunlarının çıxarılmasının Rusiyanın altı bəndlik müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərin tam icrasını təmin etməməsi ilə bağlı Gürcüstanın mövqeyini təsbit etməkdən ibarətdir.

"Əsas vəzifələr - beynəlxalq qüvvələrin münaqişə zonasına daxil olması, Rusiya Silahlı Qüvvələrinin münaqişə regionlarından çıxarılması və yeni sülhməramlı prosesin başlaması icra olunmamış qalır. Kuşner ilə, ilk növbədə, məhz bu məsələlər müzakirə olunacaq", - deyə qanunverici orqanın rəhbəri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti