...

Azərbaycanda keçiriləcək prezident seçkisindəki canlı görüntülərə www.msk.gov.az ; www.cec.gov.az ; www.infocenter.gov.az saytlarında baxmaq mümkündür

Siyasət Materials 10 Oktyabr 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend müxbir A.Hüseynbala / Mərkəzi Seçki Komissiyasının internet səhifələrində 500 seçki məntəqəsində seçkinin gedişini izləmək mümkün olacaq.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 500 seçki məntəqəsində veb-kameralar quraşdıracaq. MSK-nın mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, veb-kameralar qurumun rəsmi internet səhifələrinə ( www.infocenter.gov.az ) qoşulacaq.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

MSK-nın oktyabrın 8-də keçirilən iclasında geniş ictimaiyyət tərəfindən səsvermə günü seçkinin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvlərinin seçki sənədləri ilə işin aparılması, qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün lazımi şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə əlavə tədbirlərin görülməsi zəruri hesab edilərək, seçki məntəqələrinin bəzilərində veb-kameraların quraşdırılması barədə qərar çıxarılıb.

Məlumatda qeyd olunur ki, arzu edən hər bir şəxs səsvermə günü MSK-nın internet saytları vasitəsilə veb-kameralar quraşdırılmış seçki mənətəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən sonadək izləmək imkanı əldə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti