İraqın kürd administrasiyasının Baş naziri Nəcirvan Bərzani yaxın günlərdə Ankaraya səfər edəcək. Bu barədə Türkiyənin "Dünya Bülteni" informasiya agentliyi məlumat verib.
Bərzaninin səfəri Türkiyə tərəfinin dəvətilə baş tutacaq. Səfər əsnasında Türkiyənin PKK-ya qarşı mübarizəsində İraqın kürd administrasiyası ilə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.