...

Azərbaycanın şimal rayonlarında seçicilərin 50 faizə yaxını səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 15 oktyabr / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimal rayonlarında keçirilən səsvermədə seçicilər xüsusi fəallıq nümayiş etdirirlər.

"Şimal bölgəsini əhatə edən Quba, Qusar, Xacmaz, Dəvəçi və Siyəzən rayonlarında seçicilər səsvermədə yüksək əhval-ruhiyyə və fəallıqla iştirak edirlər", - çərşənbə günü Dairə Seçki komissiyalarının sədrləri məlumat veriblər.

Saat 12.00-a olan məlumata görə, 56 saylı Xacmaz kənd seçki dairəsi seçicilərin fəallıq göstəricisi üzrə öndədir. Burada seçicilərin 46,81 faizi səsvermədə iştirak edib. Sonrakı yerlərdə 46,2 faizlə 55 saylı Xaçmaz şəhər seçki dairəsi və 40 faizlə 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi gəlir.

Şimal bölgəsini əhatə edən beş rayonda 257541 seçici səsvermə hüququna malikdir. Bunların üçdə biri Xaçmaz rayonunun payına düşür.

Şimal bölgəsində səsvermə nəzərdə tutulduğu kimi saat 8.00-da başlayıb.

Yerli və beynəlxalq müşahidəçilər bildiriblər ki, indiyə qədər bu bölgədə səsvermə ilə bağlı hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti