...

İnsan alveri ilə məşğul olan Bakı sakini tutulub

Siyasət Materials 15 Oktyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S. Kazımlı / Gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyduğu üçün Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 14-də nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehriban Tağıyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoymaqda günahlandırılaraq tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti