...

Vyanadakı seçicilərin 20 % - dən çoxu Azərbaycan prezidenti seçkisində səs verib

Siyasət Materials 15 Oktyabr 2008 15:29 (UTC +04:00)

Trend-i buradan izləyin

Avstriya, Vyana, 15 oktyabr/ Trend , müxbir A.Ələsgərov/ Avstriya vaxtı ilə saat 11 .00 - da Vyanada Azərbaycan prezidenti seçkisində seçicilərin 20 faizdən çoxu səs verib,-  seçki məntəqəsinin yaradıldığı səfirlikdən bildiriblər.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Avstriyada müvəqqəti yaşayan 103 Azərbaycan vətəndaşı AR-in bu ölkədəki səfirliyinin konsul şöbəsi tərəfindən qeydiyyata alınıb.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başчısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti