...

Jurnalist Azərbaycan prezidenti seçkisində səsvermənin işıqlandırılmasına buraxılmayıb – Mətbuat Şurasının rəhbəri

Siyasət Materials 15 Oktyabr 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend müxbir C.Babayeva/ "İnformasiya agentliklərindən birinin jurnalisti Azərbaycan prezidenti seçkisi zamanı Bakının seçki məntəqələrindən birinə buraxılmayıb", - Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov çərşənbə günü jurnalistlərə bildirib.

O, hadisənin baş verdiyi seçki məntəqəsinin nömrəsini açıqlamayıb. Amaşov əlavə edib ki, jurnalistdən seçkinin işıqlandırılması üçün icazə tələb olunub. "Problem Mətbuat Şurasının yardımı ilə operativ həll edilib", - Amaşov bildirib.

Şuranın rəhbəri bildirib ki, Şuranın İdarə Heyətinin üzvləri bir neçə seçki məntəqəsində səsvermə prosesini izləyirlər.

Mətbuat Şurasının qaynar xətti saat 20.00 - dək işləyəcək. İndiyədək KİV nümayəndələrindən bir  zəng qeydə alınıb.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti