Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Yerli AVCİYA qeyri - hökumət təşkilatı AVCİYA və ELS Müstəqil Araşdırmalar Mərkəzinin apardığı exit-pollun məlumatlarına əsasən, Azərbaycanda prezident seçkisində hakim partiyanın namizədi İlham Əliyev qələbə qazanıb.
İki təşkilatın məlumatlarına əsasən, 800 seçki məntəqəsində sorğuya cəlb edilmiş seçicilərin 82,6%- i İlham Əliyevə səs verib.
Bu gün Azərbaycanda prezident seçkisi baş tutub.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]