...

Avropa parlamentinin nümayəndələri Azərbaycanda prezident seçkisini demokratik dəyərləndiriblər

Siyasət Materials 15 Oktyabr 2008 21:45 (UTC +04:00)
Avropa parlamentinin nümayəndələri Azərbaycanda prezident seçkisini demokratik dəyərləndiriblər

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend müxbir S.Əliyev/ Avropa parlamentinin nümayəndələri Azərbaycanda çərşənbə günü keçirilən prezident seçkisini demokratik, azad və ədalətli dəyərləndiriblər.

Seçkilər azad, demokratik və ədalətli, beynəlxalq normalara uyğun keçib, alman bundestaqının nümayəndəsi, Avropa parlamenti missiyasının üzvü Otto Hauzer çərşənbə günü mətbuat konfransında bildirib. Avropa parlamentinin nümayəndələri bir sıra müxalifət partiyalarının Azərbaycanda prezident seçkisini boykot etməsindən təəssüfləndiklərini bildiriblər.

Onlar bu seçkilərdə müsbət məqamları qeyd ediblər. Bu xüsusilə də ombudsmenin "qaynar xəttinin" yaradılmasına aiddir. Avropa parlamenti nümayəndəsinin sözlərinə görə, belə modeli digər ölkələrdə keçirilən seçkilərdə də tətbiq etmək yaxşı olardı.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Xəbər lenti

Xəbər lenti