...

Misirdə Azərbaycan prezidenti seçkisində əksəriyyət İlham Əliyevə səs verib

Siyasət Materials 16 Oktyabr 2008 00:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Azərbaycanda keçirilən prezidenti seçkisində ölkəmizin Misirdəki səfirliyi nəzdində yaradılmış seçki məntəqəsində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev səslərin əksəriyyətini qazanıb, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov cümə axşamı telefonla Trend -a bildirib.

"Qeydə alınmış 135 seçicinin 106-sı seçkidə iştirak edib. Səslərin hesablanması nəticəsində, onların 105-nin hazırki prezident İlham Əliyevə səs verdiyi məlum olub", - Bağırov bildirib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti