...

GUAM missiyası Azərbaycanda prezident seçkilərinin demokratik keçdiyini qeyd edir

Siyasət Materials 16 Oktyabr 2008 12:53 (UTC +04:00)
GUAM missiyası Azərbaycanda prezident seçkilərinin demokratik keçdiyini qeyd edir

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti seçkisində iştirak edən GUAM-ın Müşahidəçi Missiyası səsvermə prosesinin demokratik keçdiyini qeyd edir.

"Prezident seçkisi sakit, layiqli və beynəlxalq standartlara müvafiq keçib və ciddi qanun pozuntusu olmayıb", - deyə cümə axşamı Bakıda GUAM missiyasının rəhbəri, təşkilatın katibi Valeri Çeçelaşvili bildirib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd, hazırkı prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük miqdarını - 89,04 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əldaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti