...

Azərbaycanın eks - prezidentinin həmsədri olduğu partiya ölkədə keçirilmiş prezident seçkisinin legitimliyini tanıyıb

Siyasət Materials 17 Oktyabr 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı 17 oktyabr / Trend , müxbir C.Babayeva / Azərbaycanın eks - prezidenti Ayaz Mütəllibovun həmsədri olduğu sol təmayüllü Sosial - Demokrat Partiyası (ASDP) ölkədə keçirilmiş prezident seçkisinin legitimliyini tanıyıb.

"Azərbaycan Sosial - Demokrat Partiyası prezident seçkisinin nəticələrini tanıyır. Seçki tam demokratik keçirildi və prezident İlham Əliyevə real rəqib olmadı", - deyə ASDP- nin həmsədri Araz Əlizadə cümə günü Trend - a bildirib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından namizəd, indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK- nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

ASDP həmsədri bildirib ki, onun bu rəyi digər həmsədr Ayaz Mütəllibovla razılaşdırılıb. "Prezident seçkisi ilə bağlı şənbə günü partiyanın Mərkəzi Komitəsinin plenumunda müzakirələr aparılacaq. Partiyanın bütün üzvlərinin seçkilərlə bağlı rəyimi dəstəkləyəcəklərinə inanıram, belə ki, onlar seçkiyə qatılıb və prezident İlham Əliyevə səs veriblər",- deyə Əlizadə bildirib.

Trend - un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə, Azərbaycanın eks - prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991- ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Ayaz Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992 - ci ildən Rusiyada mühacirətdə yaşayır.

ASDP maliyyə problemi ilə bağlı prezident seçkisinə öz namizədi ilə qatılmamışdı.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti