...

Avropa İttifaqı prezident seçkisində Azərbaycanın əldə etdiyi tərəqqini alqışlayır

Siyasət Materials 20 Oktyabr 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilən son prezident seçkisi zamanı əldə edilən tərəqqini alqışlayır.

"Müxalifətdən olan namizədlər üçün bərabər şaraitin yaradılması və Seçki Məcəlləsinin təkmilləşdirilməsinə yönəldilmiş səylər məni şad edir", - deyə Ferrero-Valdnerin Azərbaycanda keçirilən prezident seçkisinin yekunu üzrə bəyanatında bildirilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Seçkilərin yekun nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə 2,86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev 0,78 faiz. və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0, 65 faiz səs toplayıb.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar günü prezident seçkisinin nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinə dair Qanuna əsasən, məhkəmə səsvermə günündən etibarən 14 gün ərzində ölkə prezidenti seçkisinin nəticələrini rəsmi şəkildə elan edir. Konstitusiya Məhkəməsinin qərarı son qərar hesab olunur.

Ferrero-Valdnerin sözlərinə görə, o, Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə səylərini dəstəkləyir. "Seçkilər zamanı xüsusilə siyasi plüralizmi, KİV azadlığını və azad elektorial müzakirələri dəstəkləmək lazımdır. Avropa İttifaqı Azərbaycanın ölkədə demokratiyanın inkişafına yönəldilmiş səylərini gələcəkdə də dəstəkləyəcək və Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirəcək", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti