...

Rusiya 2017-ci ildən sonra Ukraynaya QD üzrə təkliflər etməyə hazırdır – RF-nin XİN rəhbəri

Siyasət Materials 22 Oktyabr 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir V.Javoronkova/ 2017-ci ildə Rusiya Federasiyası Qara dəniz Donanmasının (QD) Ukrayna ərazisində sonrakı iştirakı ilə bağlı Kiyevə təkliflər etməyə hazır olacaq, RF-nin xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında bildirib, "Vesti" telekanalı xəbər verir.

Nazirin sözlərinə görə, RF Rusiya-Ukrayna komissiyasının iki ölkə arasındakı razılaşmaları yerinə yetirməsinə təkid edir.

Ukrayna və Rusiya arasındakı sazişə əsasən, Qara dəniz Donanması 2017-ci ilədək Ukrayna ərazisində olacaq. Rusiya tərəfi icarə müddətinin uzadılmasını istisna etmir, Kiyev isə donanmanın danışılmış müddətdə çıxarılmasına təkid edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti