...

Müslüm Maqomayev Bakıda dəfn olunacaq (YENİLƏNİB - Azərbaycanın Rusiyadakı səfirliyinin şərhi)

Siyasət Materials 27 Oktyabr 2008 13:02 (UTC +04:00)
Müslüm Maqomayev Bakıda dəfn olunacaq (YENİLƏNİB - Azərbaycanın Rusiyadakı səfirliyinin  şərhi)

Rusiya, Moskva, 27 oktyabr/ Trend , müxbir R.Ağayev/ Çərşənbə axşamı Moskvada Çaykovski adına zalda Müslüm Maqomayev ilə vida mərasimindən sonra müğənninin cənazəsini günün ikinci yarısında xüsusi reys ilə Bakıya göndəriləcək. Bu barədə Trend -a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən bildiriblər.

Vida mərasimndən sonra mərhum oktyabrın 29-da Bakıda Fəxri xiyabanda dəfn olunacaq. Maqomayev 1942-ci il avqustun 17-də Bakıda doğulub.

O, Bakı Konservatoriyası nəzdində müsiqi məktəbində fortepiano və kompozisya sinfində təhsil alıb, Azərbaycan Konservatoriyasının nəğmə sinfini bitirib.

1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan mədəniyyəti festivalının son konsertindəki çıxışı ona ümumittifaq məşhuruq gətirib. Maqomayevin ilk solo konserti 1963-cü il noyabrın 10-da Çaykovski adına konsert zalında baş tutub.

1963-cü ildə Maqomayev Azərbaycan Opera və Balet Teatrının solisti olub və estrada konsertlərində də çıxışını davam etdirib. 1964-1965-ci illərdə o, Milanın "La Skala" teatrında təcrübə keçib, 1960-cı illərdə Sovet İttifaqının iri şəhərlərində "Kədər" və "Seviliya bərbəri" (tərəfdaşları arasında Mariya Biyeşu da olub) tamaşalarında çıxış edib. O, Böyük Teatrın truppasına keçməklə bağlı təklifi qəbul etməyib.

1969-cu ildə Sopotada keçirilən festivalda Maqomayev I mükafatı, Kanda isə "Qızıl val" mükafatı alır.

1973-cü ildə 31 yaşında olarkən ona SSRİ xalq artisti adı, bir qədər sonra isə Azərbaycan SSR-nin xalq artisti adı verilib.

Maqomayevin konsert repertuarında 600-dən çox əsər (rus romansları, klassik, estrada və Neapol mahnıları) var; o, "Nizami", "Müslüm Maqomayev oxuyur" və "Moskva notlarda" filmlərində çəkilib. Maqomayev 20-dən çox mahnının, film musiqisinin müəllifidir. O, Amerika müğənnisi Mario Lansın həyat və yaradıcılığına dair silsilə televerilişin müəllifi və aparıcısı da olub; bu müğəni barədə kitab yazıb.

Son zamanlar Maqomayev Moskvada yaşayıb, zaman-zaman keçmiş İttifaq şəhərlərinə və xaricə qostrol səfərləri edib. O, heykəltaraşlıq və qrafika ilə də məşğul olub. Maqomayev çıxışlarını dayandırması barədə belə deyib: "Allah hər bir səs üçün müəyyən vaxt müəyyən edib və onu adlayıb keçmək olmaz". Buna baxmayaraq, onun səsi ilə bağlı problemi yox idi.

Maqomayev oktyabrın 24-dən 25-nə keçən gecə 67 yaşında ürək dayanması nəticəsində vəfat edib. Son illər o, ürək çatışmazlığından əziyyət çəkirdi.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev SSRİ xalq artisti Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya dərin hüznlə başsağlığı veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti