Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Müsavat Partiyasının Məclisinin növbəti iclası noyabrın 8 - də keçiriləcək.
"Qərar Partiyanın Divanının bu gün keçirilən toplantısında qəbul olunub", - Trend - a bazar ertəsi Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend - ın arayışı: Müsavat Partiyası 1911 - ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992 - ci il noyabrın 7- də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında, Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.
Qəmbər Azərbaycan parlamentinin eks -spikeri (1992-1993 - cü illərdə) və 2003 - cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.
Hacılının sözlərinə görə, Məclisin iclasında prezident seçkisinin nəticələri, partiyanın 2009 - cu il üçün fəaliyyət proqramı müzakirə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]