...

Asiya İnkişaf Bankının rəhbəri İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib

Siyasət Materials 3 Noyabr 2008 21:33 (UTC +04:00)

Asiya İnkişaf Bankının prezidenti Harihiko Kuroda Azərbaycan prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

"Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi tərbriklərimi Sizə çatdırıram. Sizin rəhbərliyiniz altında Azərbaycan son beş il ərzində iqtisadi artımın tempinə görə dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir. Bu cəlbedici artım dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına böyük resursların yönəldilməsinə və regionların inkişafı üçün mühüm infrastruktur layihələrinin həyata keçiriməsinə imkan yaratmışdır. Asiya İnkişaf Bankı Sizin ölkənizin davamlı tərəfdaşı olaraq qalır və biz qarşıdan gələn illərdə bu sıx əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. 2008-ci il noyabrın 21-də Bakıda keçiriləcək Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının 7-ci Nazirlər konfransı ilə əlaqədar mən Azərbaycana səfər edəcəyəm"- deyə Kurodanın göndərdiyi məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti