...

İran daxili işlər nazirinin parlamentdə hesabatı başlayıb

Siyasət Materials 4 Noyabr 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir T.Cəfərov / İran daxili işlər naziri Əvəzəli Kordanın Ali Şura Məclisində hesabatı başlayıb.

Kordan daxili işlər naziri vəzifəsinə namizəd kimi parlamentə təqdim olunduqdan sonra, parlament nümayəndələrindən bəziləri onun fəxri doktorluq diplomunun saxta olduğunu bildiriblər. Parlamentin 28 nümayəndəsi Kordanın hesabata çağırılması üçün imza toplayıb.

İran prezidenti Mahmud Əhmədinejad noyabrın 2-də Kordanın hesabat üçün parlamentə çağırılmasını mənfi hal kimi qiymətləndirərək, bildirib ki, daxili işlər nazirinin hesabatında iştirak etməyəcək. O, Kordanın hesabata çağırılmasını qanunsuz adlandırıb.

Kordan 4 ay öncə daxili işlər naziri vəzifəsinə təqdim olunub. Kordandan öncə İranın dövlət nəzarət təşkilatının sədri Mustafa Purməhəmmədi daxili işlər naziri olub.

İran prezidenti cari ilin iyul ayında iqtisadiyyat, daxili işlər və nəqliyyat nazirləri vəzifələrinə öz namizədlərinin siyahısını parlamentə təqdim etmişdi. Kordan həmçinin İran Ali İslam Şurası Məclisinin sədri Əli Laricaniyə yaxın şəxs kimi də tanınır. O, indiyədək İranın neft nazirinin müavini, İran Dövlət Televiziyasında texniki şöbənin sədri və həmçinin Dövlət Televiziyasının İran parlamentindəki maliyyə nümayəndəsi vəzifələrində çalışıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti