...

Azərbaycanın cənub - qərb rayonlarının birinin polis şöbəsinin rəisi vəzifəsindən çıxarılıb

Siyasət Materials 7 Noyabr 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanın cənub - qərbində yerləşən (Bakının 270 kilometrliyində) Füzuli rayon Polis Şöbəsinın rəisi vəzifəsndən azad edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend - a məlumat verilib.

Məlumata görə, Füzuli rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Binnət Məmmədov "Xidmət keçmə" haqda Əsasnaməyə əsasən, son yaş həddinə görə noyabrın 5 - də təqaüdə göndərilib. Hələlik onun yerinə yeni rəsi təyin edilməyib. Rayon Polis Şöbəsi rəisinin səlahiyyətlərini müavinlərdən biri icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti